Gənc Tamaşaçılar Teatrına bomba qoyuldu

Gənc Tamaşaçılar Teatrına bomba qoyuldu
Bütün Xəbərlər
16:48 29.11.2012
1469
Bütün kollektiv evakuasiya olunub.
Bakıda teatr binasında bomba həyacanı yaşanır. Milli.Az xəbər verir ki, bu dəqiqələrdə Səbail rayonu ərazində yerləşən Gənc Tamaşaçılar Teatrının bütün kollektivi evakuasiya olunub. Teatr binasına daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları həyəcan siqnalı ilə işçiləri çölə çıxarıb və axtarışa başlayıblar. Bu barədə Milli.Az-a teatrın əməkdaşları məlumat veriblər.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən Milli.Az-a bildirildi ki, naməlum şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, teatr binasına bomba qoyulması barəsində məlumat verib. Daxil olan anonim zəng əsasında binada axtarışlar başlanıb. Hazırda axtarışlar davam etdirilməkdədir.
OXŞAR XƏBƏRLƏR