Gəncə Dövlət Universitetində özbaşınalıq baş alıb gedir

Gəncə Dövlət Universitetində özbaşınalıq baş alıb gedir
Bütün Xəbərlər
14:16 28.09.2012
2181
Gəncə Dövlət Universitetinin müəllimi Əhmədova Arif Abbas qızı tərəfindən redaksiyamıza məktub daxil olub. O, müraciətində GDU-nun Coğrafiya kafedrasının sabiq müdiri Mahir Kərimovun qanunsuzluqlarından şikayətlənib. Kafedrada müəllim işlədiyini yazan A.Əhmədova bildirir ki, M.Kərimov müdir işlədiyi dövrdən qanunsuzluqlar edib: «Kafedranın digər müəllimləri də şikayət edirlər. Sonradan onu əməllərinə görə, işdən kənarlaşdırdılar. İndi isə rüşvət və yüksək vəzifəli adamların hesabına yenidən geriyə qayıtmaq istəyir».
A.Əhmədova Mahir Kərimovun saxta veteran vəsiqəsi aldığını da qeyd edir: «Mahir Kərimov Gəncənin Nizami Rayon Hərbi Komissarlığından guya veteran olması barədə vəsiqə alıb. Həmin vəsiqə 13 iyun 2007-ci ildə etibarsız hesab edilərək, ləğv edilib. Müvafiq qurumların apardığı araşdırmadan sonra Nizami Hərbi Komissarlığı ĞM 008260 nömrəli «müharibə veteranı» vəsiqəsinin səhvən Mahir Kərimova verilməsi barədə açıqlama vermişdi. Ancaq sonradan M.Kərimov Kəpəz Rayon Məhkəməsinin vasitəsilə, yenidən bu vəsiqəni ala bildi. Belə bir şəxsin gəlib, yenidən elm, təhsillə məşğul olan insanların arasında çalışması yolverilməzdir». GDU-nun müəllimi qəzetimiz vasitəsilə təhsil naziri Misir Mərdanovun bu məsələni diqqətdə çaxlamasını xahiş edir. 
OXŞAR XƏBƏRLƏR