Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü R. Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmə dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
R. Bayramovun hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











































