Gəncədə ana ilə qızına 25 bıçaq zərbəsi vurulub

KRİMİNAL
12:47 10.02.2014
1652

Gəncədə ana ilə qızı bıçaqlanıb.

Bu barədə məlumatı AZXEBER.COM-a Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.Məlumata görə, hadisə dünən günün ikinci yarısında baş verib. Naməlum şəxs və ya şəxslər, şəhərin Atatürk prospektində yerləşən 265 saylı binada 30 saylı mənzilə girərək orada yaşayan 58 yaşlı Kəmalə Mehdiyevaya 5 bıçaq, onun qızı 33 yaşlı Şəmsiyənur Mehdiyevaya isə 20 bıçaq zərbəsi vurublar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.K.Mehdiyevanın vəziyyəti kafi olsa da, onun qızı Ş.Mehdiyevanın səhhəti ağır qiymətləndirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.

OXŞAR XƏBƏRLƏR