Gəncədə evə basqın: 2 nəfər xəstəxanalıq oldu

Gəncədə evə basqın: 2 nəfər xəstəxanalıq oldu
SOSİAL
22:39 12.11.2023
178
Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR