Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universitetində 18 yaşı tamam olmuş və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ilk dəfə iştirak edəcək gənclərlə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin uğurlarından danışıblar. İlk dəfə səs verəcək gənclər qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər.