Gəncədə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL
19:12 12.11.2021
225
Gəncə şəhərində keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə AZXEBER.COM-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu ilin may ayının 26-da Gəncə şəhər sakini Günay Amanovanın öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürüb.

Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR