Gəncədə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərdən 9-u evə buraxılıb
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, iyulun 15-də zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan şəxslərdən 9-u ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-dən bildirilib ki, hazırda 1 azyaşlının müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.











































