Gəncədə məktəbli qız özünü çaya atdı

Gəncədə məktəbli qız özünü çaya atdı
Bütün Xəbərlər
00:18 16.01.2015
1526

Əliyeva 8 il bədii gimnastika ilə məşğul olub.

Gəncə şəhərində intihara cəhd olunub.AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Əhməd Cəmil küçəsində, Gəncə çayının sağ sahilində baş verib. Orta məktəbin 10-cu sinif şagirdi A. Əliyeva çayın sahilində olan bəndin üstünə çıxaraq özünü atıb. Məktəbli dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, A. Əliyeva 8 il bədii gimnastika ilə məşğul olub. Ötən il idman zamanı ayağından və onurğasından xəsarət aldığından bir daha idmanla məşğul ola bilməyəcəyini, ömrü boyu bu vəziyyətdə qalacağını düşünərək intihara cəhd edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR