Gəncədə üç yanaşı ev yandı

Gəncədə üç yanaşı ev yandı
Bütün Xəbərlər
11:30 29.12.2013
583

Gəncədə yanğın olub. 

Kəpəz TV-nin məlumatına görə,dekabrın 28-i təxminən saat 21:40 radələrindəşəhərin N.Nərimanov prospekti, 142 saylı məhəllədə Xıdır Rzayevə məxsus evdə yanğın baş verib. Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.

Ümumi sahəsi 90 kv.m olan evin tavanında başlayan yanğın qonşuluqdakı iki evə də keçib. Ümumilikdə 200 kv.m yaşayış sahəsinə malik ərazinin 40 kv.m-ı yanaraq külə dönüb.

Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. Tavanın konstruksiyalarının samandan olması yanğının qısa müddətdə yayılmasına səbəb olub. Hazırda yanğın sönüdürülüb, FHN və polis əməkdaşları yanğının baş vermə səbəblərini araşdırırlar.

OXŞAR XƏBƏRLƏR