Gəncədə yaşayan 23 yaşlı gəncin 10 milyon dollarlıq sərvəti var - FOTO

Gəncədə yaşayan 23 yaşlı gəncin 10 milyon dollarlıq sərvəti var -  FOTO
Bütün Xəbərlər
13:39 06.05.2014
9025
Türkiyənin ən məşhur qəzetlərindən olan "Hürriyet" Azərbaycanda yaşayan 23 yaşlı gənc haqda geniş məqalə hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, qəzet Gəncədə yumurta biznesiylə məşğul olan 23 yaşlı Xəzər Zorluer haqda yayımladığı məqalədə qeyd edir ki, onun 10 milyon dollarlıq sərvəti var. Həmin yazını ixtisarlarla təqdim edirik:Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə toyuq biznesinin idarəçisi olan Xəzər Zorluer gənc bir sahibkar kimi hekayəsini bir qrup jurnalistə danışıb. Əslində onun uğur hekayəsi universitet illərindən də əvvəl başlayır.  
İzmirdə dünyaya göz açan Xəzər uşaqlığını, gənclik illərini, tətillərini hər zaman atasının fermasında toyuqların arasında keçirib. O təhsilini də yaddan çıxarmayıb. Çünki, uğurlu olmaq üçün işin təhsilini almalı və bütün detalları bilməliydi. Yaşıdları küçədə oynayıb, qız arxasınca qaçarkən, o həm çalışdı, həm də təhsilinə davam etdi. Universitet vaxtı gəldiyində əvvəl Macarıstana tibb təhsili almaq üçün getdi ancaq atasının bir zəngiylə Türkiyəyə ailə şirkətinə döndü. 2010-2011-ci illərdə İzmir İqtisadiyyat Universitetində oxumağa başladı. Həmin il ilk şirkəti olan "Xəzər Zorluer Toyuq Yetiştiriciliğini" qurdu. 2 il böyük firmalara ətlik toyuq yetişdirib satdı. Təhsil haqqını da özü ödədi. Ətli toyuq bazarındakı yerini itirdiyi üçün Amerika və Avropada heyvan hüquqları ilə əlaqədar inkişafları təqib edərək qəfəs istehsalına başladı. Çıxardığı qəfəs üçün Türk Patent İnstitutundan 'Faydalı Model' sertifikatını aldı.
Gəncəyə qəfəs satmağa gəldi , milyonçu oldu
Qəfəs biznesi Xəzər Zorluerə Azərbaycan qapılarını açdı. Zorluer Azərbaycana gedən yolu belə izah etdi: "Bir gün çalışdığım yerə Azərbaycandan qonaqlar gəldi. Bizdən qəfəs almaq istəyirdilər. Bir neçə həftə sonra atamla Bakıya getdik. Ata Holding və Delta Qrupun yüksək səviyyəli şəxsləri ilə görüşdük. Bu görüş ortaqlıq qapısını açdı. Türkiyəyə dönən kimi, Azərbaycanın coğrafi mövqeyi, hava durumu, yumurta qiymətləri ilə maraqlanmağa başladım. 
Bakıya gəldim və Ata Holding işə Delta Qrup olmadan girmək istədi və son təqdimatıın qarşısında 'ortaqlıq' təklifi gəldi.
Gəncədə bir toyuq fermasını mənə həvalə etdilər. Bu ferma 2005-ci ildə toyuqların havasızlıqdan ölməsiylə birlikdə bağlanmış, zibilliyə dönmüşdü. 
Biz bura qəfəs satmağa gəlmişkən bura ortaq olduq. 
1 Sentyabr 2012-ci ildə Ata Holding ilə ortaqlıq quruldu və 10 milyon dollarlıq layihə həyata keçirdik. Bununla yanaşı Şəmkir Quşçuluq sərmayələri başlamışdı. Bu vaxt İzmir İqtisadiyyat Universitetində 4-cü kursda təhsil alırdım. Bu müddətdə atam Azərbaycana gəlməyimə çox qarşı çıxdı çünki daha əvvəl Azərbaycanda pis təcrübələr yaşamışdı , amma dəstəyini də məndən əsirgəmədi. Dərslərim olan vaxt mən İzmirə getdiyimdə atam Gəncəyə gəlib işimin başında dayanırdı. Mənim ən böyük şansım atamdır. Xəzərin Azərbaycandakı biznesi: 
- 500 min yumurtlayan toyuq
- Gündə 450 min yumurta istehsalı
- 150 min böyüməkdə olan cücə
- Aktiv olaraq çalışan yem fabriki
- Azərbaycanda tutum olaraq 3-cü böyük şirkət
- Yumurta, 'Murtta' adıyla satılır.
- Bu günki dəyəri 10 milyon dolları ötdü.
- 1 box (360 ədəd) yumurta 48 avro ilə 35 avro arasında satılır.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR