Gəncədə yeni bayraq meydanı tikilir

Gəncədə yeni bayraq meydanı tikilir
Bütün Xəbərlər
21:30 01.04.2012
1549

Meydanda dalğalanacaq bayrağın hündürlüyü 70 metr olacaq

Gəncənin Bakı istiqamətindən girişində yeni bayraq meydanının inşasına başlanılıb. Şəhərdə sayca üçüncü olacaq meydanda dalğalanacaq bayrağın hündürlüyü 70 metr nəzərdə tutulub. Gəncə mənzil-kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədov AzərTAc-a bildirib ki, yeni bayraq meydanı həmin ərazidə inşa edilən qala kompleksini tamamlayacaq. Şəhərə 7 kilometr qalmış magistral yolun hər iki tərəfində Gəncənin qədim qala divarları, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərini əks etdirən heykəltəraşlıq nümunələri yaradılır.

OXŞAR XƏBƏRLƏR