Gəncədə zibil poliqonunda döl tapıldı

Gəncədə zibil poliqonunda döl tapıldı
SOSİAL
11:14 20.08.2026
328
19 avqust 2026-cı il tarixində Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirib. Fakt üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub, hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR