Gənclərin İnkişaf Mərkəzinin üzvləri 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarını təbrik ediblər.
Təşkilatın rəhbəri Rəşad Zeynallı AZXEBER.COM-a verdiyi açıqlamada görüşün məqsədinin onların unudulmadığını, dərdlərinə şərik olunduğunu, müharibə şəraitində olan ölkəyə belə anaların vacibliyini göstərmək olduğunu bildirməkdən ibarət olub.
Onu da qeyd edək ki, gənclərin belə bir addım atmasında təşkilatın qadın üzvlərinin rolu böyük olub. Belə ki, bayramdan bir neçə gün öncə qadın üzvlər video çarx hazırlayaraq bəylərə səsləniblər: “Biz sizdən 8 martda heç nə istəmirik. Onların bizdən daha çox ehtiyacı var. Biz də sənin övladlarınıq şəhid anası!”
Təşkilatın bu aksiyası “Concord İnşaat”ın sponsorluğu ilə baş tutub.