xari

Gənclər Fondu 488 gəncin təhsil xərcini qarşılayacaq - SİYAHI

GƏNCLİK
19:54 21.12.2020
484
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum oldu.

AZXEBER.COM xəbər verir ki, cari ilin 5 noyabr - 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.

Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilmişdir. Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilmiş, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:22 21.01.2021

Türkmənistan prezidenti: "Təşəbbüslərimizi dəstəklədiyiniz üçün minnətdarıq"

16:18 21.01.2021

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

16:17 21.01.2021

Ağ ev: ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək

16:15 21.01.2021

Unibank müştəriləri üçün vacib məlumat!

15:59 21.01.2021

Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb

15:52 21.01.2021

Dövlət başçısı: "Bu layihə geniş ixracat imkanları açır"

15:45 21.01.2021

Qurbanqulu Berdiməhəmmədov: “Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq"

15:43 21.01.2021

Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

15:34 21.01.2021

Bakıda körpələr evində nöqsanlar aşkarlandı

15:33 21.01.2021

Millimizin oyununu qadın hakim idarə edəcək

15:22 21.01.2021

"Qaçqınkom": Məcburi köçkünlər tezliklə yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar

15:20 21.01.2021

İlham Əliyev: "Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır"

14:56 21.01.2021

Bağdadda onlarla insanın öldüyü terrorun görüntüləri - ANBAAN VİDEO

14:51 21.01.2021

Türkmənistan koronavirus peyvəndi ehtiyatı yaradır

14:44 21.01.2021

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür

14:33 21.01.2021

Koronavirusla bağlı yeni təhlükə: Təkrar yoluxma ölümlə nəticələndi