Gənclər Fondu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

GƏNCLİK
17:36 01.05.2021
1945
Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Fondan AZXEBER.COM-a verilən məlumata görə, başsağlığında deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli dövlət xadimi, gənclərin dostu Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Azad müəllimin Azərbaycanda gənclər siyasətinə verdiyi töhfələr, gənclər təşkilatları və gənclərlə qurduğu səmimi münasibət hər birimizin xatirəsində əbədi yaşayacaqdır.

O, Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması da daxil olmaqla dövlət başçısının gənclər sahəsində bir çox innovativ layihələrinin formalaşmasında və təşəkkül tapmasında mühüm rol oynamış, hər zaman gənclərə olan səmimiyyəti və qayğıkeşliyi ilə seçilmişdir.

Fəaliyyətimizdə hər zaman Azad müəllimin yaxından dəstəyini hiss etmiş, gənclər tərəfindən irəli sürülən təşəbbüslərin onun tərəfindən necə həssaslıq və diqqətlə dəyərləndirilməsinin dəfələrlə şahidi olmuşuq.

Nazir vəzifəsində çalışdığı bütün dövr ərzində hər bir Azərbaycan gəncinin yanında olmağa, onun qayğılarını bölüşməyə, yaradıcılıq potensialının reallaşdırılmasında gənclərə yardımçı olmağa səy göstərən, bunu yalnız vəzifə deyil, həm də insanlıq borcu hesab edən Azad Rəhimov yaddaşlarda əsil ziyalı, görkəmli dövlət xadimi, xalqına və dövlətinə sonsuz sədaqəti ilə seçilən vətəndaş kimi yaşayacaqdır.

Azərbaycan Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzləri adından Azad müəllimə Allahdan rəhmət, yaxınlarına və ailəsinə səbr diləyirik!".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir