11:58 Cümə Axşamı, 27 Fevral 2020
GƏNCLİK

Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

22:07, 09.01.20208094
Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək
Azərbaycan Respublikasının Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Türkiyə Gənclər Fondunun (Türkiye Gençlik Vakfı - TÜGVA) baş direktoru Enes Eminoğlu arasında görüş keçirilib.

7 yanvar 2020-ci il tarixində İstanbul şəhərində keçirilən görüş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, o cümlədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilib, Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilib.

Görüş əsnasında iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılmış, xüsusilə tələbələrin dəstəklənməsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili və digər sahələrdə birgə layihələrin işlənib-hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinib.
 
Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda "Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Səfər zamanı həmçinin Türkiyə Gənclər Fondunun tələbə gənclər yataqxanaları ziyarət edilmiş, burada tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub.
XƏBƏR LENTİ