Gənclər Fondu və ASAN xidmətin təşkilatçılığı ilə könüllülər üçün konsert keçirilib - FOTOLAR

GƏNCLİK
23:03 06.12.2019
5681
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Günü – 5 dekabr tarixində "Elektro HALL”-da populyar estrada müğənnisi Murad Arifin "Tufan" adlı solo konserti keçirilib.
 
Azərbaycan könüllülərinə həsr edilmiş, onlar üçün xüsusi olaraq hazırlanmış konsert proqramında Murad Arifin yeni mahnıları, həmçinin digər tanınmış ifaçılarla duetləri səsləndirilib.
 
Könüllük həftəsi ərzində fəallığı ilə seçilən 2 minə yaxın gəncin iştirak etdiyi, Azərbaycan Respublikası Gənclər Fondunun təşkilati dəstəyi ilə baş tutan konsert xüsusi əyləncəli proqramla davam etmişdir. Konsertdə gənclərin iştirakı ödənişsiz olmuşdur. Murad Arif konsertin Azərbaycan könüllülərinə hədiyyə, könüllülük hərəkatına onun töhfəsi kimi qəbul olunmasını xahiş etmişdir.
 
Dekabrın 1-də "ŞəhidimİZ” və "VətənimİZ” kampaniyaları ilə start götürən "Azərbaycan Könüllülük Həftəsi” bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən "Könüllülük sərhəd tanımır!” adlı sosial aksiya, İDEA İctimai Birliyinin də tərəfdaş kimi qatıldığı "TəbiətimİZ” adlı ekoloji aksiyanın təşkili ilə davam etmişdir. 5 dekabr tarixində Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumunda minlərlə gənc iştirakı etmişdir.
 
Həftənin ən fəal 300 könüllüsü isə 6-9 dekabr tarixlərdə təşkil edilən 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəkdir.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:04 04.07.2020

Polis supermarketlərdə reydlər keçirir - Fotolar

13:47 04.07.2020

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

13:36 04.07.2020

Azərbaycana gələn 3 həkim geri qayıtdı, 19-u karantinə alındı

13:27 04.07.2020

İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - Fotolar

13:06 04.07.2020

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb