Gənclər Fondu Xaricdə Təhsil alan tələbələrlə bağlı məlumat yaydı

GƏNCLİK
14:06 13.03.2020
6347
Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.
 
AZXEBER.COM xəbər verir ki, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir. Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.

Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir.

Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Gənclər Fondu tərəfindən 2019-cu ildə keçirilmişdir. Müsabiqə çərçivəsində 74 ixtisas istiqaməti üzrə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış gənclər iştirak etmişlər.

Gənclər Fondu, Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 23.01.2022

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

00:31 23.01.2022

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23:46 22.01.2022

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

23:35 22.01.2022

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləndi - ölən var

23:25 22.01.2022

Azərbaycanlı musiqiçi intihar etdi

22:52 22.01.2022

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 73 minə çatır

22:39 22.01.2022

60 yaşlı qadın intim hislərinə qurban getdi

22:23 22.01.2022

Bərdədə 32 yaşlı kişi güllələndi

22:15 22.01.2022

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

21:45 22.01.2022

Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır - Həkim

21:36 22.01.2022

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

21:24 22.01.2022

“Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab

20:59 22.01.2022

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istədi

20:50 22.01.2022

Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO

20:39 22.01.2022

Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir? - AÇIQLAMA

20:11 22.01.2022

DİN-dən həyəcan təbili: narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...