Gənclər Fondunun maliyyə dəstəyi ilə “Enactus 2019” milli yarışı keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Enactus 2019” milli yarışı keçirilib
GƏNCLİK
11:28 27.05.2019
4033

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə 25 May Bakı Konqress Mərkəzində "Enactus 2019” Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.

AZXEBER.COM xəbər verir ki, əsas məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etməkdən ibarət olan Enactus Proqramının yarış prosesində ilk öncə münsiflər heyəti üçün məlumatlandırıcı sessiya, daha sonra isə Enactus Milli Yarışının açılış mərasimi baş tutub.

Açılış sözü Enactus Azərbaycan İdarə Heyətinin sədri, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərova verilib. O, Enactus proqramının ehtiyacı olan şəxslərin həyat keyfiyyətinin və səviyyəsinin yaxşılaşdırılması, həmçinin, tələbələrin təşkilatçılıq və idarəçilik qabliyyətlərinin inkişaf etdirilməsində rolunun əvəzsiz olduğunu vurğulayıb. Bununla yanaşı o, xaricdə təhsilin Gənclər Fondu tərəfindən maliyyələşmə yardımından söz açaraq ölkə rəhbərinin gənclərə olan qayğısını xüsusi qeyd edib. Fərid Cəfərov öz növbəsində, iştirakçı komandalara uğurlar arzulayıb.

Açılışda, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bütün Enactus iştirakçılarını salamlayaraq gərgin mübarizədə uğurlar arzu edib. O, gənclərin bu kimi layihələrdə göstərdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. İntiqam Babayev, həmçinin, gənclərin savadlı və sağlam təfəkkürdə olması üçün bu kimi layihələrin əhəmiyyətindən danışıb.

Daha sonra Enactus Avrasiya regionu üzrə direktor Yusuf Məcidov Enactusun mahiyyəti, cəmiyyətə, iqtisadiyyata verdiyi faydadan danışıb.

Enactus Azərbaycan nümayəndəliyinin rəhbəri, ATGTİ-nin sədri Faiq Məmmədov da çıxışında bütün iştirakçılara uğurlar arzulayaraq ATGTİ-nin daima bu kimi layihələrin reallaşmasında təşkilatçılıq etməyə hazır olduğunu vurğulayıb. O, milli yarışda iştirak edən 13 universitet komandasının hər birinin xüsusi bacarıqlara və maraqlı ideyalara malik olduğunu bildirib.

Daha sonra yarışa start verilib. Yarış "Püşkatma mərasimi”, "Liqa yarışlarının birinci hissəsi”, "Liqa yarışlarının ikinci hissəsi”, "Final mərhələsi”, "Bağlanış və mükafatlandırma mərasimi” olmaqla 5 hissədən ibarət olub. Yarışmaçı qismində çıxış edən 13 Ali ixtisas təhsil müəssisəsinin Enactus komandası hazırladıqları layihələri münsüflər heyətinə təqdim ediblər. Münsüflər heyyəti qismində ölkənin bir sıra böyük şirkət və qurumlarından olan nümayəndələr, həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov təmsil olunub. Ümumilikdə 23 nəfər münsüf qiymətləndirmədə iştirak etmişdir.

Münsüflər heyyətinin ümumi rəyinə əsasən, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalibləri elan edərək mükafatlandırmışdır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
13:50 22.10.2026
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
13:36 22.10.2026
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
13:26 22.10.2026
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir