Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirildi

Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirildi
İQTİSADİYYAT
17:25 03.04.2013
2037

2013-cü il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilmişdir. Fonddan AZXEBER.COM-a verilən məlumata görə, bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılmışdır. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçilmişlər. Müşahidə Şurasının reqlamenti təsdiq edildikdən sonra, 2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə Fonda təqdim edilmiş layihələrə baxılmışdır. Qeyd edilmişdir ki, göstərilən müddətdə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olmuş, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılmışdır. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1389 740 manat vəsait ayrılmışdır (ikinci qrant müsabiqəsinin yekunları aprelin 5-də Gənclər Fondunun saytında yerləşdiriləcəkdir).  Müşahidə Şurasının iclasında yaxın aylarda növbəti qrant müsabiqəsinin elan edilməsi barədə razılığa gəlinmişdir. Qeyd edək ki, Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında yaradılmışdır. Bir il sonra – 2012-ci dekabrın 29-da dövlət başçısının Fərmanı ilə qurumun statusu dəyişdirilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu adlandırılmışdır. Dövlət başçısının Sərəncamı ilə Fərhad Hacıyev Fondun icraçı direktoru təyin edilmişdir. Fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli Sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunmuşlar:

dövlət orqanlarından:

Tahir Süleymanov–Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

İntiqam Babayev – gənclər və idman nazirinin müavini

Qulu Novruzov – təhsil nazirinin müavini

Nazim Səmədov – mədəniyyət və turizm nazirinin müavini

Cavid Məmmədov – Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından:

Şahin Seyidzadə - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Şahin İsmayılov – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Seymur Orucov – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

Nurəddin Mehdiyev – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:55 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir