Gənclər Fondunun Müşahidə Şurası növbəti iclasını keçirdi

Gənclər Fondunun Müşahidə Şurası növbəti iclasını keçirdi
GƏNCLİK
18:00 24.06.2013
1389

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyinə Fondun üçüncü qrant müsabiqəsinin elan olunması, “E” kateqoriyası üzrə (xarici ölkə gənclərinin və gənclər təşkilatlarının Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin dəstəklənməsi) təqdim edilmiş layihələrin müzakirəsi, Fond tərəfindən həyata keçirilən və planlaşdırılan təbdirlər, habelə qurumun maliyyə dəstəyi ilə hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti və sair məsələlər daxil edilmişdir.

İclasa sədrlik edən Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qrant müsabiqəsinin əsas məqsədinin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarət olduğunu qeyd etdi. O, fərdi gənclər və gənclər təşkilatları üçün ötən müsabiqələrlə müqayisədə daha çox - 5 kateqoriya üzrə 20-dən artıq mövzunun nəzərdə tutulduğunu bildirdi. Təklif edildi ki, müsabiqənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Fondun aparatı tərəfindən respublikanın bütün regionlarında təqdimat mərasimləri və məlumatlandırma sessiyaları keçirilsin. Şura üzvlərinin səsləndirdikləri təkliflər nəzərə alınmaqla, müsabiqənin istiqamətlərinin, müddətinin və şərtlərinin iyun ayının 27-də elan edilməsi qərara alındı.

Xarici ölkələrin gənclər təşkilatları və gənc vətəndaşları tərəfindən “E” kateqoriyası üzrə təqdim edilmiş 5 layihə Fondun müvafiq təlimatına uyğun gəlmədiyinə görə yenidən işlənmək üçün geri qaytarıldı.

Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, habelə qurumun maliyyə dəstəyi ilə gənclər təşkilatları və yaradıcı gənclər tərəfindən hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti haqqında məlumat verdi. İcraçı direktorun məlumatı nəzərə alındı.

İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR