Gənclər Fondunun təşkilatçılığı ilə “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib

Gənclər Fondunun təşkilatçılığı ilə “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib
SOSİAL
13:00 27.02.2020
9856
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində "Könlüm Xocalı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak etmişdir.

Tədbir keçirilən məkanda Xocalı soyqırımını əks etdirən xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilmiş, həmçinin soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılmışdır.

Eyni zamanda, tədbirdən əvvəl "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində nəşr edilmiş və Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş "Qırmızı ləçəklər” kitabının təqdimatı keçirilmişdir.

Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanmış, iştirakçılara soyqırımı barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilmişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən - 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirildiyi soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayır.

"Könlüm Xocalı” tədbirinin bədii hissəsində dünyaca məhşur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunmuşdur. Fransız bəstəkar Piyer Tiluanın "Xocalı-613” adlı kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırımı gecəsi baş vermiş dəhşətlər və bu hadisənin minlərlə insanın ümid və talelərini məhv etməsi təsvir olunmuşdur.

Tədbirdə Milli qəhrəman Əlif Hacıyevə həsr olunmuş xüsusi videoçarx nümayiş olunub. Mərhum Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina Hacıyeva çıxış edərək, Milli qəhrəmanın həyat yolundan, vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlarından danışıblar. Əlifin ailə üzvləri, həmçinin Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi şəhidlərinə yüksək ehtiramını və onların ailə üzvlərinə qayğısını vurğulayaraq, cəmiyyətimizdə, xüsusilə də gənclər arasında Qarabağ şəhidləri və veteranlarının adının uca tutulmasını qeyd ediblər.

Yekunda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirmiş, tədbirdə iştirak edən gəncləri və ictimai təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqqlı mövqeyini daha da səylə qorumağa çağırmışdır.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır