1 fevral tarixində Rəssamlar İttifaqının sərgi salonunda “Gənclər Günü”nə həsr edilmiş sərginin açılışı olacaq.
Bu haqda AZXEBER.COM-a Rəssamlar İttifaqının sərgi salonundan məlumat verilib. Sərgidə gənc rəssamların işləri təqdim ediləcək. Sərgi 1 fevral saat 2-də başlayacaq və 4 fevral tarixinədək davam edəcək.
Sərgidə 60-a yaxın rəssamın əsərləri nümayiş etdiriləcək.Giriş pulsuzdur.
Gülnarə Bayramova