Gənclər kimsəsiz uşaqlara sahib çıxdı - FOTOLAR

GƏNCLİK
10:30 17.04.2012
2938

Gənclərin“Çarə sizsiniz” adlı qrupu, insanlara öz köməklərini göstərməkdə davam edirlər.

AZXEBER.COM-un məlumatına görə, gənc tələbələr Günel Bağırova və Ülviyyə Muradlının rəhbərlik etdiyi “Çarə Sizsiniz” qrupu bu dəfə maddi və mənəvi cəhətdən imkansız ailələrə 3 saatlıq əyləncə bəxş ediblər. Bakıdakı restoranların birində baş tutan bu mərasimdə, uşaqları əyləndirmək məqsədli bir neçə maraqlı oyun da keçirilib. Gitaradakı ifası ilə Ozal İbrahimli də günə bir qədər rəng qatıb. Sonda hər bir ailəyə ərzaq və maddi köməkliklər göstərilib.

Qeyd edək ki, “Çarə Sisiniz” bundan əvvəl də kimsəsiz uşaqlar üçün yeni il bayramı təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR