Gənclər təşkilatı “Maarifçilik məktəbi”-nə start verdi

GƏNCLİK
13:09 05.11.2018
3542
Gənclər üçün Təhsil Mərkəzi gənclər arasında maarifçilik ideyalarını ,ənənələrini təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış "Maarifçilik məktəbi”-nə start vermişdir.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova  bildirmişdir ki , maarifçilik tarixini, dünyəvi təhsilin inkişafını, xüsusən də Azərbaycan qadınının təhsil almasını Gənclər üçün Təhsil Mərkəzi fəaliyyət göstərdiyi 6 regionda daima öz əsas prioriteti sayıb. Məhz Mərkəzimizin bu layihəni həyata keçirməkdə əsas məqsədi bu tarixi ənənələrə sahib duraraq , Azərbaycan gənclərinin elmə-təhsilə vaqif olmasını nümunə kimi göstərməkdir.
Layihənin ilk qonağı jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai oldu.  Qonaq təlim müddətində "Qadının hədəfi” mövzusunda müzakirə apararaq , qadınların cəmiyyətdə mövqeyi , onların uğur formulu , təhsilli cəmiyyətin formalaşmasında qadının rolu mövzusunda maarifləndirici müzakirələr aparmışdır.

Qeyd edək ki , "Maarifçilik məktəbi” proqramı bitdikdən sonra Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçiriləcəkdir.


OXŞAR XƏBƏRLƏR