Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

GƏNCLİK
21:28 20.01.2022
874
Gənclər Fondunun əməkdaşları və aparıcı gənclər təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Xalqımızın tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur günü kimi həkk olunan 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü gənclər siyasətinin nəticəsi olaraq vətənpərvər ruhda yetişən gənclər Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban edən qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla hər il yad edirlər. Eyni zamanda ölkəmizdə və dünyanın müxtəlif ölkələrində bu mövzuda silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirən, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığını bütün dünyaya çatdıran gənclər faciə ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məsələsini daim diqqət mərkəzində saxlayırlar.

Vətənin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edən gənclər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış  əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

İstər 20 Yanvar faciəsi, istərsə də Vətən müharibəsində qələbəmiz xalqımızla və gənclərimizlə bağlı düşmənlərimizin illər boyu yaratdıqları stereotipləri, o cümlədən, "düşmən qabağından qaçmaq”, "döyüşkən olmamağımız” stereotipini alt-üst edir. Xalqımız və gənclərimiz 20 Yanvarda əliyalın şəkildə tankların qarşısına çıxdığı kimi, Vətən müharibəsində bir nəfərin belə fərarilik etməməsi ilə cəsurluğunu və qorxmazlığını sübut etdilər.

Bu gün Azərbaycan bütöv, tamamlanmış haldadır. İşğaldan azad olunmuş torpaqlarımız xalqımızın əzmini, gücünü, vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Azadlığa gedən yolumuzda ilk cığırları isə məhz 20 Yanvarda həlak olan qəhrəmanlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.
 

 

 

 

 

 

 

 

 



 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb