16 noyabr 2013 – cü il tarixində Divan Exspress Bakı otelində “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” adlı layihənin açılış mərasimi keçirilmişdir.
AZXEBER.COM-un məlumatına görə, açılış mərasimində “Azərbaycan” qəzetinin siyasət şöbəsinin redaktoruİxtiyar Hüseynli, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “AZƏRFOTO” İnformasiya Agentliyininrəhbəri Ceyhun Abdulla, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, yeni və ənənəvi media sahəsində çalışan aktiv jurnalistlər və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Qonaqlar iştirakçıları salamlayıb, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsini əhəmiyyətli olduğunu hesab edib və gənclərə uğurlar arzulayıblar. Mərasim qonaqların çıxışı və suallarıncavablandırılmasıilə davamedib.
Layihənin ilk günü Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin layihə meneceri və təlimçisi Zəka Quluzadə “Yeni media və multimedia anlayışı”mövzusunda olan təlimi ilə davam etmişdir. O, öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıb.
Layihənin 2 - ci günü tele-aparıcı Cəlalə Nəzəroğlu "Uğura aparan yol səlis nitqdən başlayır" mövzusunda təlim keçmişdir.
Layihənin 3 - cü günü isə AZXEBER.COM informasiya portalının baş direktoru Əfsələddin Ağalarov və Editor.az informasiya portalının baş direktoru Azər Niftiyev öz təcrübələrini layihə iştirakçıları ilə bölüşmüşdür.
Ümumilikdə təlimlərdə praktiki məşğələlərə üstünlük verilmişdir, bu da iştirakçıların böyük marağına səbəb olub. Təlimlərin sonunda ekspertlər iştirakçıların suallarını cavablandırıb və onlara öz məsləhətlərini veriblər.
Qeyd edək ki, 16 - 19 noyabr 2013 – cü il tarixlərini əhatə edən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilati dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçirilən “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” layihəsinin əsas məqsədi fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək və gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı onların fəallığını artırmaqdan ibarətdir.
![](/file/pic/xeber/2013-11-19/80217.jpg)
![](/file/pic/xeber/2013-11-19/80218.jpg)
![](/file/pic/xeber/2013-11-19/80220.jpg)
![](/file/pic/xeber/2013-11-19/80222.jpg)
![](/file/pic/xeber/2013-11-19/80223.jpg)
![](/file/pic/xeber/2013-11-19/80226.jpg)
![](/file/pic/xeber/2013-11-19/80228.jpg)
![](/file/pic/xeber/2013-11-19/80231.jpg)
![](/file/pic/xeber/2013-11-19/80232.jpg)
![](/file/pic/xeber/2013-11-19/80234.jpg)