Gənclər və İdman nazirliyi 600-ə yaxın uşaq üçün bayram şənliyi keçirdi - FOTOLAR

GƏNCLİK
11:01 16.03.2012
1369

Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilir

15 mart tarixində Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edildi.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, şənliyin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.

Şənlikdə Bakıda fəaliyyət göstərən internat məktəblərindən 600-ə yaxın valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan uşaqlar, eyni zamanda məcburi köçkün ailələrindən olan uşaqlar iştirak edirlər. Uşaqlara bayram hədiyyələri təqdim edildikdən sonra, şənlik bayram süfrəsi ətrafında tanınmış estrada ulduzları və klounların iştirakı ilə davam edir.

Bayramın ikinci günü 16 mart tarixində olacaq.

OXŞAR XƏBƏRLƏR