Gənclərin I Ümumrespublika Teatr Festivalı ilə bağlı tədbir keçirildi

Gənclərin I Ümumrespublika Teatr Festivalı ilə bağlı tədbir keçirildi
GƏNCLİK
17:59 21.11.2011
2101
Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişi ilə bağlı tədbir keçirib. AZXEBER.COM-un məlumatına görə, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur.Festivalın devizi kimi Heydər Əliyevin ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib. İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb. Millət vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib: ”Mübariz İbrahimov Vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir”.Millət vəkili həmçinin qeyd edib ki, festival Gənclər və İdman naziriliyi və Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə keçirilir. Artıq 3 aya yaxındır ki, festivala start verilib, Bakı və regionlardan 12 ən yaxşı truppa festivalda iştirak hüququ qazanıb. Jalə Əliyeva onu da qeyd edib ki, festival çərçivəsində Azərbayacan tarixində ilk dəfə olaraq ART Kamp baş tutacaq. Art Kampda Azərbaycanın müxtəlif regionlarından olan 100-dən çox gənc toplaşacaq. Kampda 12 truppa bütün heyəti ilə birlikdə 3 gün ərində peşəkar insanlardan usatad dərsləri alacaq. Layihənin ideya müəllifi yaradılan şəraitə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin aparılmasında mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir: ”Vətənpərvərlik mövzusu teatrlarda təbliğ olunmalıdır. Ümid edirəm ki, bu festival gənclərin həyatında dərin iz buraxacaq və davamlı olacaq”. Layihənin icraçı direktoru Ramil Ağasıyev bildirib ki, dekabrın 1-nə qədər davam edəcək festivalda 11 tamaşa oynanılacaq. Ağasıyev həmçinin onu da qeyd edib ki, festival bölgələrdə böyük maraqla qarşılanıb. Hətta bölgə gənclərinin aktivliyi festivalın idarə heyətinin üzvlərini təəcübləndirib.Festivalın icraçı direktoru gənclərə dəstəkə verən hər kəsə xüsusilə tanınmış jurnalist İlhamə Novruzovaya minnətdarlığını bildirib. "Sağlam Düşüncə" İctimai Birliyinin sədri Tofiq Sadıqov da öz növbəsində festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Konfransda həmçinin xalq artisti Amaliya Pənahova, millət vəkilləri Flora Qasımova, Sevinc Hüseynova, "Azərbaycan qadını" layihəsinin rəhbəri Mahirə Əsədova çıxış edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?