Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsi başladı

Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsi başladı
GƏNCLİK
00:32 29.11.2011
2087

Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsinə start verilib.

Bu gün Gənc Tamaşaçılar Teatrında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən festivalın açılış mərasimi olub. AZXEBER.COM-un məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri Gülər Əhmədova, Qənirə Paşayeva, Etibar Hüseynov, Fəzail Ağamalı, Sahib Alıyev, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-in nümayəndələri iştirak edib.

Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva bildirib ki, 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Millət vəkili festival çərçivəsində “Art-kamp” keçirildiyini də qeyd edib. Azərbaycan tarixində ilk dəfə keçirilən“Art-kamp”da tanınmış sənət adamları gənclərə ustad dərsi deyib.

Daha sonra çıxış edən festivalın icraçı direktoru Ramil Ağasiyev festivalın itirakçıları barəsində və festival müddətində baş verənlərlə bağlı ictimaiyyət nümayəndələrinə məlumat verib. O, bu festivalın keçirilməsində yaxından göstərilən dəstəklə bağlı adı çəkilən hər iki nazirliyə minnətdarlığını bildirib: "Bu festivalın keçirilməsində yaxından dəstək olduqları üçün Gənclər və İdman naziri Azad Rəhimova və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə festival iştirakçıları adından minnətdarlığımı bildirirəm".

İntiqam Babayev və Vaqif Əliyev bu festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini deyiblər.

Daha sonra AZXEBER.COM portalının redaktoru Hacıbəy Heydərli çıxış edib. O qeyd edib ki, AZXEBER.COM xəbər portalı yarandığı ilk gündən bu günə qədər gənclərin yanındadır: Bizim portal gənclərin meydanıdır. Qürur hissi keçirirəm ki, bu cür festivala da məhz biz informasiya dəstəyi veririk".

Ardınca festivalda iştirak edəcək 12 truppa və münsiflər heyəti təqdim edilib.

Festival iştirakçılarının Azərbaycan dövlət himnini ifasından sonra festivalda tamaşaların nümayişi başlayıb. Bu gün “Mənim düşmən oyuncağım”, “Xocalı fəryadı”, “Mələklərin laylası” və “O an bizim gözümüzlə” tamaşaları göstərilib.

Digər tamaşaların nümayişi noyabrın 29 və 30-da baş tutacaq. Festival dekabrın 1-də qala konsertlə yekunlaşacaq. Həmin gün qaliblərin adları da açıqlanacaq.Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə Art Kamp keçirilib. Art-kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil edilib. 

Qeyd edək ki, Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Teatr Festivalının informasiya dəstəyi AzTV, AZXEBER.COM xəbər portalı və lent.az informasiya agentliyidir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?