Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi kim olacaq? (TAMAŞALARIN SİYAHISI)

Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi kim olacaq? (TAMAŞALARIN SİYAHISI)
GƏNCLİK
12:21 01.12.2011
3252

Gənclər və İdman nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı qala konsertlə yekunlaşacaq.

Azərbaycan teatr tarixində ilk dəfə 2011 – ci ilin avqust ayından etibarən gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalı start götürüb. Festivalın məhz Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunması gənclər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasiyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur. Festivalın devizi kimi Heydər Əliyevin: “MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!” – fikri seçilib.

Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. İcra komitəsinin üzvləri İsmayıllı, Ucar, Mingəçevir və Zaqatala rayonlarında da səfərdə olmuş və rayonun aktiv yaradıcı gəncləri ilə görüşlər keçirmişlər. Rayon gəncləri bu təşəbbüsə böyük həvəslə qoşulub.

4 bölgə (İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb. Festival çərçivəsində ölkədə ilk dəfə yaradıcı Art Kamp keçirilib. Art-kampda ustad-dərslərin və müxtəlif janrlar üzrə seminarlar baş tutub.

Noyabr ayının 28-də Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi açılış mərasimi olub. Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, QHT nümayəndələri iştirak edib. Açılışın ardınca tamaşaların nümayişinə başlanılıb. 3 gün ərzində Gənc Tamaşaçılar teatrında 12 tamaşa nümayiş olunub.

Tamaşaları peşəkar insanlardan formalaşmış münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətində xalq artisti Amaliya Pənahova, tanınmış telejurnalist Nərgiz Cəlilov, rejissor Vaqif Əsədov, teatrşünas Aydın Talıbzadə və aktrisa Yaqut Paşazadədir.

Qeyd edək ki, birinci yer 1500 AZN, ikinci yer 1000 AZN, 3-cü yer isə 750 AZN mükafat alacaq. Bununla yanaşa 4 nominasiya üzrə - ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı ssenari müəllifi üzrə qaliblərin adları açıqlanacaq.

Tamaşaların siyahısı

Bəhruz Əhmədli: “Mənim düşmən oyuncağım”

Zaqatala Xalq teatrının nəzdindəki Gənclik studiyası: “ Xocalı fəryadı”

Ayla Qasımzadə: “Mələklərin laylası”

“T.O.T.E.M” Gənclər Teatrı: “O an bizim gözümüzlə”

Ər-Toğrul Kamalov: “El Axtarışında”

Ucar rayon Mədəniyyət evi: “Mühakimə”

“Sfera” Gənclər teatrı: “Zirzəmi”

Mingəçevir şəhər Yaradıcılıq Mərkəzi: “Qisas”

Elgün Həmidov: “Aslanın erkəyi, dişisi olmaz”

İsmayıllı rayon H.Əliyev adına Mədəniyyət evinin Xalq teatrı: “Qatil”

Tərlan Abdullayev: “Günəşə doğru”

“Q.A.T.A.R” Yaradıcılıq studiyası: “Qisasın rəngi”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?