'Gənclərin Yeni Media Forumu' keçiriləcək

GƏNCLİK
12:50 17.07.2013
1226

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən 23 iyul 2013 – cü il tarixində "Gənclərin Yeni Media Forumu” keçiriləcəkdir.

100 nəfər aktiv gənci bir araya gətirəcək forumda yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər forumun əsas predmeti olacaqdır.

“Gənclərin Yeni Media Forumu” nun keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

İştirak üçün müraciət:

14-29 yaş arası şəxslərlayihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

İştirak üçün müraciət etmək istəyənlər 20 iyul 2013 –cü il tarixinə qədər qeyd olunan linkə www.youthnetwork.az/newmediaforum daxil olub ərizə formasını tam doldurub müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR