Goranboyda 7 nəfəri öldürən şəxsin qardaşından inanılmaz əməl

Goranboyda 7 nəfəri öldürən şəxsin qardaşından inanılmaz əməl
Bütün Xəbərlər
17:47 03.11.2014
3286
Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboyrayonsakinin qardaşı intihar edib.ANSPRESS-in məlumatına görə, qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Hüseynov Müzəffər İsaq oğlu özünə qəsd edib.R.Hüseynovun 1941-ciil təvəllüdlü atası İsaq Hüseynov oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb.Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub.R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
OXŞAR XƏBƏRLƏR