Goranboyda sürücü törətdiyi qəzada öldü

HADİSƏ
23:44 16.06.2021
580
Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR