Goranboyda zəncirvari ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlardan birinin kimliyi məlum olub.
AZXEBER.COM xəbər verir ki, rayonun Qızılhacılı kəndi yolunda üç avtomobilin toqquşması zamanı Akşin İbrahimov və Xəyyam hadisə yerində dünyasını dəyişib.
Daha bir nəfər - Araz Şükürov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











































