Güclü şaxta can aldı - Azərbaycanda

Güclü şaxta can aldı -  Azərbaycanda
Bütün Xəbərlər
11:18 06.01.2016
1891
Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb.
Məlumata görə, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
APA.az
OXŞAR XƏBƏRLƏR