'Gülər Əhmədova partiya sıralarından çıxarılmayıb'

Bütün Xəbərlər
14:25 01.10.2012
1087
Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiya sıralarından çıxarılmayıb.
Gün.Az xəbər verir ki, bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun qeyd etdiyinə görə, partiyanın müvafiq nizamnaməsinə əsasən üzvlərin YAP sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır.
“Bir daha qeyd edirəm ki, bu məsələyə millət vəkilinin daxil olduğu ilk partiya təşkilatı qərar verməlidir. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb”.
Millət vəkili eyni zamanda onun deputat toxunulmazlığının götürülməsi məsələsinin MSK-nın qərarından asılı olduğunu bildirib.
“Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir”.
Xatırladaq ki, YAP-dan Gülər Əhmədovanın partiya sıralarından xaric edildiyi barədə məlumat verilmişdi.
OXŞAR XƏBƏRLƏR