Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlandı

Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlandı
Bütün Xəbərlər
12:34 25.09.2013
1142

Sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Trend-in sorğusuna cavabında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanovun sözlərinə görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR