Dünənə qədər Gülər Əhmədovanın qapısı ağzında növbə duran məmurlardan tutmuş, YAP funksionerlərinə qədər əksəriyyət indi keçmiş millət vəkilini az qala vətənə xəyanətdə ittiham edir. Buna nə qədər haqları olub,olmadığını bilməsəkdə bunu hardasa “yıxılana balta” prinsipi kimi qəbul etmək olar. Amma Gülər Əhmədovaya sədaqətli qalanda var. Bu isə keçmiş deputatın köməkçisi Əhməd Şahidovdur. Əhməd Şahidov FB səhifəsində Gülər Əhmədova ilə olan şəklini səhifəyə yerləşdirib və belə bir status yazıb:-“ Şərəfimə and olsun ki, biz hər işimizi, hər görüşümüzü, hər bir səfərimizi Azərbaycan üçün, Dövlət üçün, Xalq üçün edirdik! Gülər xanım, mən sizinlə fəxr edirəm! Ömrümün sonuna qədər də Sizinlə fəxr edəcəm!”