Gülnarə Xəlilova Prezident tərəfindən təltif edilib

MAQAZİN
14:41 06.03.2020
2998

Prezident İlham Əliyev Azərbaycan qadınlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

 

AZXEBER.COM xəbər verir ki. təltif edilənlər arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas Gülnarə Xəlilova da var.

 

Qeyd edək ki, Gülnarə Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır.

 

Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunub. Gülnarə Xalilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunmuş bir necə kitabların və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət Televiziya Şirketinin birğə layihələri əsasında kecirilən muqam ifaçılığı müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını vermiş, bu möhtəşəm tədbirlərin uğurla başa çatması naminə səylə çalışıb.

OXŞAR XƏBƏRLƏR