Gülsel Səfərova Rusiyadan qayıtdı

GƏNCLİK
14:29 07.12.2012
1686

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova 25 noyabr-5 dekabr, 2012-ci il tarixlərində Rusiyada keçirilən “Yeni nəsil:Avrasiyaya inteqrasiya” adlı beynəlxalq layihədə iştirak etmişdir.

Belə ki, AGAT sədri 3-4 dekabrsa Rusiyanın Sankt-Peterburq şəhərində “Avrasiya İnteqrasiya 21-ci əsrdə” adlı Forumda iştirak etmişdir. Forumda Milli Məclisin üzvləri Hadı Rəcəbli və Mirkazım Kazımov iştirak etmişdir. Forumda Rusiyanin dövlət rəsmiləri və Duma üzvləri iştirak etmişlər.

Daha sonra AGAT sədri Rusiyanın Dövlət Humanitar Universiteti və Diplomatik Akademiyanın rektorları ilə görüş keçirtmişdir. Görüş çərçivəsində G. Səfərova Azərbaycanlı tələbələrin bu universitetlərdə fəaliyyəti və diaspora işi ilə suallar ünvanlandırmışdlr. Qeyd olunmuşdur ki, Azərbaycan tələbələri cəmiyyətə inteqrasiya edirlər və Azərbaycanın diaspora işlərində aktivliyi ilə seçilirlər. Universitet rektorları öz növbəsində Azərbaycanın təhsil ocaqları ilə sıx əməkdaşlıq etdiklərini vurğuladılar. Qeyd edək ki, tədbirə MDB ölkələrindən olan gənc liderlər və QHT rəhbərləri cəlb edilmişdir. Layihə Rusiyanın “Rossotrudniçestvo” təşkilatı tərəfindən həyata keçirilir. Tədbirin məqsədi MDB məkanında yaşayan gənclər arasından dostluq, mədəniyyətlərarası dialoqu təbliğ etmək və xalqlar arasında inteqrasiyası təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR