Gülsel Səfərova Rusiyaya niyə gedib?

GƏNCLİK
15:34 29.11.2012
1952
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova 25 noyabr-5 dekabr tarixinlərində Rusiyada keçirilən “Yeni nəsil: Avrasiyaya inteqrasiya” adlı beynəlxalq layihədə iştirak edir.AGAT-dan AZXEBER.COM-a bildirilib ki, tədbirə MDB ölkələrindən olan gənc liderlər və QHT rəhbərləri cəlb edilib. Layihə Rusiyanın “Rossotrudniçestvo” təşkilatı tərəfindən həyata keçirilir. Tədbirin məqsədi MDB məkanında yaşayan gənclər arasından dostluq, mədəniyyətlərarası dialoqu təbliğ etmək və xalqlar arasında inteqrasiyası təmin etməkdir.Qeyd edək ki, layihə çərçivəsində RF Ticarət və Gömürük Palatası, RF Təhsil Nazirliyinin rəsmiləri, Moskva şəhərinin Duma sədri Vladimir Mixayloviç və Vladimir Şəhərinin administrasiya rəhbərləri ilə görüş keçirilib. Görüş çərçivəsində AGAT sədri Gülsel S.əfərova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barədə danışıb və “Rossiya 2” kanalına müsahibə verib.28 dekabrda G. Səfərova Rusiyada fəaliyyət göstərən AMOR təşkilatının Validimir şəhəri üzrə nümayəndəsi Ruslan Eyvazov ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan gənclərinin bu regionda aktivliyi və diaspora fəaliyyətləri barədə müzakirələr aparılıb. Eyni zamanda gələck əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR