Gülüşümüz xarakterimizi göstərir - ARAŞDIRMA

Gülüşümüz xarakterimizi göstərir -  ARAŞDIRMA
MARAQLI
16:01 08.05.2013
2919

Dahi Gertsenin təbirincə desək, gülüşün tarixini yazmaq həddindən artıq maraqlı olardı. Heç kimə məlum deyil ki, ilk gülən adam kimdir və ilk dəfə nəyə gülüb. Bu sirr hələ aşkara çıxmasa da psixoloqlar gülüş haqqında başqa fikirdədirlər. Onlar təsdiq edirlər ki, gülüş insanın xarakterini müəyyən edir. Həmçinin dahi filosof Aristotel də hesab edirdi ki, insan xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar.

Gülüşün səsi və tembri sait səslərə təyin olunur. Bu yolla insanın emosiyaları, onun daxili hisləri, səmimiyyəti barədə çox şey öyrənmək mümkündür :

“A” saitli (ha-ha) gülüş açıq, fəal, bəzən də qeyri-sabit insanlara məxsusdur. Ürəkdən ,daxildən gələn bu gülüş növü səsi ətrafa yayır və coşqun sevinci ifadə edir. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübut etmək istəməyən insanlar bu cür gülürlər. “A” saitli gülüş ən səmimi gülüş hesab edirlir.

“E” (he-he) ilə gülənlər fleqmatik və melanxoliklərdir. Bu gülüş, elə bil, ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır. Özünə güvənməyən, hər şeyə şübhə ilə yanaşan insanlar belə gülür.

“İ” saiti (hi-hi) sadəlövh, müti və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Bəzən bu gülüş səmimi, ikiüzlü, bəzən isə nazlı və sadəlövh səslənə bilər. Adətən, yaşından daha cavan görünmək istəyən xanımlar belə gülürlər.

“O” saiti (ho-ho) xeyirxah, cəsur və mərd adamlar belə gülürlər. Bəzən isə belə gülüş rahatlıq və heyrəti nümayiş etdirir. Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını ifadə edir. “O” saitli gülüş növü, eyni zamanda, səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edir.

“U” saiti ilə ( hu-hu) adətən, təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür. Bu cür gülüş güclənən qorxunu, hürkünü nümayiş etdirir.

Hər kəs özünəməxsus tərzdə gülür. Bəzən güldüyümüz hadisənin mahiyyətini dərk etmirik, anlamırıq. Onun üçün də gülüşümüz qeyri-səmimi alınır. Yenə Aristotelin fikrinə müraciət edək. Dahi filosof deyirdi ki, bütün canlı varlıqlar içərisində gülüş yalnız insana məxsusdur. Onun fikrincə, körpə uşaq yalnız qırxı çıxandan sonra gülür, çünki o, ilk dəfə məhz bu zaman adam olur. Bu fikirdən belə başa düşmək olar ki, gülüş adamı insan edən ən vacib amillərdən biridir.

Sonda yazımı ömür və gülüş münasibətlərindən bəhs edən bir əhvalatla yekunlaşdırmaq istəyirəm. Mərhum şair Eldar Baxışın “ Ölüsü ilə - ərəbcə, dirisi ilə - rusca” adlı gülməcələr toplusunda yazılıb :

“ Dünyagörmüş qoca, çox qoca bir kişi uzanıbmış torpağa, əllərini başının altına daraqlayıb baxırmış göyün üzünə - Tanrıya. Tanrının gözünün içinə. Yoldan keçən cavan, çox cavan bir oğlan soruşur :

- Baba, neçə vaxtdı gəlib buradan o yana bu yana keçib gedirəm, səni həmişə burada görürəm. Elə bu cür uzanılı, əlləri başının altında daraqlı, üzü Tanrıya…

- Nə gözləyirsən belə? Nəyi gözləyirsən?

Qoca oğlana sarı baxmayıb elə həmişəki vəziyyətdə gülüb deyir: - Ölümü gözləyirəm, bala.

Oğlan soruşur :

- Ölüm deyib, nəyə gülürsən bəs?

Qoca deyir :

- Dünyada iki şeyə gücü çatmayan adamın yaxşı ki iki şeyə gücü çatıb : ağlamağa və gülməyə. Mən ağlamaq payımı ağlamışam, indi də gülüş payımı gülürəm”.

Tanrı hər kəsə bir ömür payı biçib. Həyatımız boyunca dərk etdiyimiz hadisələrə, situasiyalara gülsək, ömrümüz daha xoşbəxt, daha anlamlı olar. Jül Renarın “ Gündəlik”ində deyilir: “Bu dünyaya gəlmişik ki, gülək. Qıl körpüsündə və cəhənnəmdə bizə gülmək nəsib olmayacaq. Cənnətdə isə gülmək ayıbdır”.

Hər kəsə gülməyi arzulayırıq!

Ayşə İsazadə

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü