"Baku Creative Center" yaradıcılıq mərkəzi “Debüt” layihəsi çərçivəsində 3 may saat 18:30 - da Gündüz Hunların fərdi sərgisini təşkil etdi. “Debüt” layihəsinin məqsədi istedadlı rəssamların ilk fərdi peşəkar sərgilərini təşkil etmək və onları ictimaiyyətə yaxından təqdim etməkdir.
AZXEBER.COM-a verilən məlumata görə, sərgidə açılış sözü ilə çıxış edən mərkəzin rəhbəri Emin Yasinov Gündüz Hunların istedadlı və perspektivli rəssam olduğunu qeyd etdi. Onun sərgisinin təşkilini dövlətin mədəni siyasətinin tərkib hissəsi kimi - rəssamlara qayğı, yaradıcı şəxslərin inkişafı və onları ictimaiyyətə yaxından tanıdılması baxımından önəmli olduğunu vurğuladı və gələcəkdə bu layihə çərcivəsində bir çox yaradıcı insanlara dəstək veriləcəyini bildirdi.
Gündüz Hunlar da öz növbəsində ilk peşəkar fərdi sərgisinin təşkilindən böyük məmnunluğunu ifadə etdi və göstərdiyi dəstəyə görə “Baku Creative Center”ə təşəkkürünü bildirdi.