Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə qiyabi ittiham irəli sürülüb

Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə qiyabi ittiham irəli sürülüb
HADİSƏ
21:24 06.01.2026
390
Gürcüstanın Marneuli rayonunun mərkəzi bazarında 27 yaşlı Sahib Bayramovun qətli ilə bağlı qiyabi ittiham irəli sürülüb.

Bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi istintaqla müəyyən edilib ki, 2026-cı ilin yanvarın 4-də Marneuli bazarı ərazisində təqsirləndirilən şəxs sifariş əsasında xüsusi amansızlıqla ata və oğlunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılardan biri aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, digərinin həyatı isə vaxtında göstərilmiş tibbi yardım sayəsində xilas edilib.

"Təqsirləndirilən şəxsə qarşı sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddələri üzrə ittihamlar irəli sürülüb. Bu ittihamlara görə 20 ilədək müddətə və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, - məlumatda deyilir.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
 
/APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xırdalanda avtobus çuxura düşdü - VİDEO
11:48 26.11.2026
Xırdalanda avtobus çuxura düşdü - VİDEO
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur