Gürcüstanda koronavirusdan ölənlərin sayı 4910-a yüksəlib

SAĞLAMLIQ
12:54 06.06.2021
526
Gürcüstanda ötən sutkada koronavirusa 504 yeni yoluxma halı təsdiqlənib, 1 201 nəfər sağalaraq evə buraxılıb, 17 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 349 098 nəfərin yoluxduğu müəyyən edilib. Onların 333 505-i sağalıb, 4 910-u ölüb.

Son 24 saat ərzində 18 mindən çox test yoxlaması aparılıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR