Gürcüstandan maşın gətirənlərə şad xəbər

Gürcüstandan maşın gətirənlərə şad xəbər
Bütün Xəbərlər
12:30 12.08.2015
6650
Dövlət Gömrük Komitəsi, Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilən razılığa əsasən, avqustun 10-dan Azərbaycanın Gürcüstanla sərhədində "Sadıxlı-Mtkvari" sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 8-dan 20-dək müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR