Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır

Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
DÜNYA
15:12 09.09.2026
675
Gürcüstandan havaya qalxan təyyarə Türkiyənin Rize vilayətinin Çayeli rayonu sahillərində dənizə məcburi eniş edib.

AZXEBER.COM xəbər verir ki, təyyarədə iki nəfərin olduğu bildirilir. 

İlkin məlumata görə, hava gəmisinin hələlik müəyyən edilməyən səbəbdən dənizə acil eniş etdiyi qeyd olunur.

Hadisə ilə bağlı əraziyə Sahil Mühafizə qüvvələri cəlb edilib. Hazırda ekipajda olduğu bildirilən iki nəfərin tapılması üçün dənizdə axtarış-xilasetmə işləri davam etdirilir.

Şahanə
OXŞAR XƏBƏRLƏR