Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
İQTİSADİYYAT
17:37 10.11.2026
72

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib.

AZXEBER.COM-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq 2,2 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana soğan ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 9,15 milyon ABŞ dolları dəyərində 37,1 min ton soğan alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 5,8 % və 2,7 % çoxdur.

Hesabat dövründə Gürcüstan Ermənistandan 835 min ABŞ dolları dəyərində 3 min 391 ton, Özbəkistandan 529 min ABŞ dolları dəyərində 2 min 139 ton, Rusiyadan 450 min ABŞ dolları dəyərində 1 min 801 ton, Türkiyədən 435 min ABŞ dolları dəyərində 1 min 798 ton soğan alıb.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 10,6 milyon ABŞ dolları dəyərində 44 min 237 ton soğan alıb ki, bunun da 4,5 milyon ABŞ dolları dəyərində 18 min 678 tonu Azərbaycanın payına düşüb.

OXŞAR XƏBƏRLƏR